“Qısa cavab verəcəm. Bu cür idmançıya qarşı belə qərarın verilməsi düzgün deyil".
Bu sözləri "Football-plus.az"a açıqlamasında Samir Əliyev deyib. Veteran futbolçu İran hökümətinin Azərbaycan türkü Əli Daeiyə ölüm hökmü çıxartmasına münasibət bildirib. Əliyev bu məsələnin hər iki ölkənin idmanına təsir edəcəyini qeyd edib:
"Əlbəttə, Azərbaycanda da Əlinin yetərincə çox azarkeşi var. Bu hökmün Azərbaycan idmanına, ümumiyyətlə, İran idmanına necə təsir edə biləcəyi ilə bağlı da bir söz deyə bilmərəm. Mediada bununla bağlı xəbərlər oxuyuruq. Lakin bilmirik ki, dəqiqdi, yoxsa şayiədi”.
ŞAİR ABDULLA