“Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun sənədsiz silah gəzdirdiyinə görə Portuqaliyada həbs olunub. İnsident Lissabondan bir qədər aralıda baş verib. 95 yaşlı britaniyalı özəl təyyarəni tərk edəndən sonra tüfəng üzə çıxarılıb.
İsveçrədən gələn Ekklstoun bu silahı Portuqaliyadakı gilli göyərçin atıcılığı yarışında iştirak etmək üçün gətirdiyini bildirib. Lakin silahın ölkəyə gətirilməsi üçün tələb olunan rəsmi sənədləri (“göy kitabça”) olmadığı üçün gömrük yoxlaması zamanı problem yaranıb. O, mediaya verdiyi açıqlamada rəsmən həbs olunduğu barədə xəbərləri təkzib edib. Polis tərəfindən bir neçə saat dindirildiyini, polislərin çox köməkçi olduğunu və məsələnin həll edildiyini bildirib. Qanunsuz daşınan ov tüfəngi Portuqaliya rəsmiləri tərəfindən müsadirə edilib, iş adamının yoldaşı isə lazımi sənədləşmə və vergi məsələlərini həll etmək üçün rəsmi qurumlara müraciət edib.
Xatırladaq ki, Ekklstoun 1978-2017-ci illər aralığında “Formula-1”ə rəhbərlik edib. 2007-ci ildən 2011-ci ilə qədər KPR-in də həmsahibi olub. Britaniyalı 2010-cu ildə klubun səhmlərə nəzarət paketini Flavio Briatoredən alıb, bir il sonra isə onlar paketi malayziyalı biznesmen Toni Fernandesə satıblar.
95 yaşda tüfəng nəyinə lazımdı?
İdman





