Dünən Türkiyə çempionatında 75 günlük həsrət başa çatdı və ''İstanbulspor'' – ''Trabzonspor'' oyunu ilə yeni mövsümə start verildi.
"Football-plus.az" xəbər verir ki, açılış oyununda debütant ilə qarşılaşan son çempion inamlı qələbə qazandı. Matçın taleyini künc zərbələrindən sonra vurulan qollar həll etdi. 16-cı dəqiqədə başla Andreas Kornelius və 86-cı dəqiqədə yenə də başla Stefano Densvil fərqləndi. Maraqlıdı ki, ''Trabzonspor'' İndiyə qədər son çempion statusunda daxil olduğu 7 mövsümün heç birində ilk turda uduzmayıb (3 qələbə, 4 heç-heçə) və bu oyunların 6-da qapısını toxunulmaz saxlayıb. Bundan başqa komanda 2016-dan bu yana ilk dəfə mövsümün ilk turunda qol buruxmadı. 6 il öncə bu hadisə ''Kasımpaşa'' ilə oyunda (2:0) baş vermişdi. Kornelius isə 2001-ci ildən bu yana mövsümün birinci qolunu vuran ilk ''Trabzonspor''lu oldu. 21 il öncə bunu Zəfər Dəmiray ''Beşiktaş'' ilə qarşılaşmada bacarmışdı.