• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Rahid birinci bizə etiraz etdi" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

12-11-2022, 19:0

"Zirə" Misli premyer-liqasının 14-cü turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

"Footbal-plus.az" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Oyun gözlədiyimizdən də çətin, gərgin keçdi. Birinci hissədə topla oyunumuz daha yaxşı alınırdı. Yaxşı hücumlarımız var idi, amma sonluğu gətirə bilmirdik. İkinci hissəyə rəqib daha aqressiv başladı. Dəqiqələr ötdükcə xüsusilə də sağ cinahdan yüklənirdik. Lorislə Qismət yaxşı anlaşırdılar. Qol da oradan gəldi. Çox vacib qələbə qazandıq. Həftə ərzində futbolçuların üzərində təzyiq var idi. Buna baxmayaraq önəmli qalibiyyət əldə etdik. İki həftəlik fasilə var. Sonra kubok matçı, sonra "Qarabağ"la oyunumuz olacaq. İki gün dincəlib matçlara hazırlaşacağıq.

- Heyətdə itkilər var. Bu, oyununuza tədir etdi?

- İlk hissədə çətinliyimiz yox idi. Amma ikinci hissənin əvvəlində oldu. Hücumameyilli oyunçularımız hücumları tam istədiyim kimi yekunlaşdıra bilmirdilər. Amma oyunquruculuğu çox yaxşı idi. Rüstəmi heç nədən itirdik. 4 gündür qızdırma içindədi. Felipe "Qəbələ" ilə görüşə sağlam çıxdı, bir saat sonra ayağı şişməyə başladı. İkinci hissədə oyunu gücləndirmək istəyəndə itkilər özünü daha qabarıq şəkildə göstərdi. Amma meydana çıxan, sonradan daxil olanlar sona kimi əllərindən gələni etdilər.

- Hakimliklə bağlı fikirləriniz necədi? Oyunzamanı etiraz edirdiz. Rahid Əmirquliyevlə də aranızda insident oldu. Orada nə baş vermişdi?

- Rahid birinci bizə etiraz etdi. Mən də dedim ki, sənin bizim skamyaya dönüb nəsə deməyin düzgün deyil. Rahidlə 15-20 ilin dostuyuq. Başqa bir şey ola bilməz. Etiraza gəldikdə isə, müzakirə edirik də. O da etiraz sayılır? 4-cü hakimlə arada dialoq edirdik.

- "Qarabağ"la matçdan öncə xüsusi psixoloji hazırlığa ehtiyac duyulur?

- Hər rəqib "Qarabağ"la oyuna öncə psixoloji cəhətdən hazır olmalıdır. Bu, tək bizim daxili çempionata aid deyil. Beynəlxalq arenada da görürük ki, rəqiblər "Qarabağ"la matça xüsusi hazırlaşırlar. Amma öncə kubokda çox vacib 1/8 final görüşü olacaq.

- Zədəli futbolçuların durumu nə yerdədi?

- Ciddi deyil. Amma bu periodda 2-3 həftə məşqləri qaçırıb, sonra yenidən hazır olmaqları vaxt alacaq. Kubokda 1/8 finaldan sonra 4-5 gündən bir oyunlar bizi gözləyir. Həmin periodda geniş heyətə ehtiyacım olacaq. Hər futbolçunun sağlamlığı bizim üçün önəmlidir.

- Bu gün rəqib "Qarabağ" və ya "Neftçi" olsaydı, qapıda yeni Mehdi Cənnətovu görəcəkdik?

- Bəli. Yenə qapıda Mehdini görəcəkdik. "Qəbələ" ilə oyunda bir az taktiki səhv idi. Keçən dəfə də bildirdim ki, bu, daha çox Ülvinin ustalığı idi. Bəlkə də çempionatımızda 10 ildə bir baş verəcək hadisədir. O da bizim başımıza gəldi. "Qəbələ" ilə oyunu çox yaxşı keçirmişdi.

- Bundan sonra "Zirə"nin 3-4-cü yerlər uğrunda mübarizə aparacağını demək olar?

- Bu gün elə görünür. Bu baxımdan bugünkü "Neftçi" - "Neftçi" matçıda həlledici olacaq. "Neftçi" qələbə qazansa, 3-4-cü yerlər uğrunda mübarizə aparan komandalar bir az qopacaq. Amma futboldur. "Sabah"ın 13 tura topladığı xal son 13 ildə çempionluq xalıdır. Sadəcə olaraq bu ilə "Qaraba" 13/13 edib. Ötən illərə boylansaq, nə "Qarabağ", nə "Neftçi" 13 turdan sonra bu qədər xal toplamayıb. "Sabah"la "Qarabağ" çox ambisiyalıdır. "Neftçi"də hansı vəziyyətdə olursa-olsun hər zaman çempionatda favoritdir. Bu üçlük səviyyəcə digər komandalardan fərqlənir. Futboldur, sona kimi mübarizə aparacağıq. Hazırda bizim üçün 4-cü yer çox önəmlidir. Geridə olan komandalardan biri kuboku qazanmasa, 4-cü yerdə Konfrans Liqasına vəsiqə verir. Hər şeyi düzgün təhlil etməyə çalışırıq. Bizim üçün ilk məqsəd Konfrans Liqasına vəsiqə qazanmaqdır. Təbii ki, medal da olsa, bu, əlavə qazancdır. Hələ qarşıda çox oyunlar var. Qış fasiləsini komandaların necə keçirəcəyi çox önəmlidir. Çempionatın nəticəsinə təsir edəcək amillər olacaq.

- "Sabah" sabah "Qarabağ"ı məğlub etsə, çempionluğun taleyi həll oluna bilər?

- Rəsmiləşmək yox, amma böyük üstünlük yarana bilər. Mən özüm bir azarkeş kimi səbrsizliklə bu oyunu gözləyirəm. Hər iki komanda möhtəşəm performans göstərir. Bu komandalar çempionatımıza rəng qatır. "Neftçi"ni də bu mübarizədən silməyə tələsmək olmaz. "Ağ-qaraar" şəxsən mənim çox xoşuma gəlir. Məncə bu üç komanda arasında sona qədər gərgin mübarizə gedəcək.

Sabah kimə azarkeşlik edəcəksiz?

- Gözəl futbola.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-04-2022, 20:0

"Son dəqiqələr həyəcanlı alındı" - Aftandil Hacıyev

Premyer-liqa

10-09-2022, 20:0

"İlk hissədə qocalar kimi oynadılar" - Regekampf

Premyer-liqa

10-09-2022, 22:0

"Matçın asan keçməyəcəyini gözləyirdik" - Rəşad Sadıqov

Avropa Liqası

15-09-2022, 23:0

"Qarabağ"a afərin deyirəm" - Antuan Kombuare

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 103
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 93
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə