Football-plus.az xəbər verir ki, ikiqat olimpiya çempionu fevralda Moskvaya dönərkən “Şeremetyovo” hava limanında saxlanılmış, üzərində həşiş yağı aşkar olunmuşdu. Bu işə baxan Ximki Şəhər Məhkəməsi avqustun 4-də basketbolçuya cəzasını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə 9 il iş vermiş və 1 milyon rubl cərimələmişdi.
Srağagün isə Moskva Vilayət Məhkəməsi Qraynerin vəkillərinin apellyasiya şikayətinə baxaraq cəzanı qüvvədə saxlayıb. MBA-nın komissarı Adam Silver bu qərara belə reaksiya verib:
“Biz Brittninin azadlığı haqq etdiyini açıq şəkildə bildirmişik. Onun kiçik bir cinayətə görə cəzalandığını nəzərə alsaq, istənilən hökm tam ədalətsiz görünür. Əlbəttə, Qraynerin vəziyyətinə düşən istənilən adamı azad etmək lazımdı. Bu məsələni birbaşa Ağ Ev, Dövlət Departamenti ilə müzakirə etmişik. Düzünü desəm, əlimizdən gələn hər şeyi edirik, ABŞ hökuməti ilə bütün səviyyələrdə danışıq aparırıq. Belə durum hamını, xüsusən onun ailəsini narahat edir, ancaq əmin deyiləm ki, indi başqa nəsə də edə bilərik”.





