“Dallas”ın müdafiəçisi Luka Donçiç komandasının “Bruklin”ə 96:94 hesabıyla qalib gəldiyi oyunda 36 xal toplayıb.
Beləcə sloveniyalı mövsümün ilk 9 oyununun hər birində 30 xal həddini arxada qoymaqla əfsanəvi Uilt Çemberlenin 1959/60 mövsümündə müəyyənləşdirdiyi rekordu (30 və daha artıq xalla 8 oyunluq seriya) yeniləyib. Ancaq MBA rekordu hələ də Çemberleynə məxsusdu. Amerikalı 1962/63 mövsümündə 23 oyunlu belə seriya müəyyənləşdirib.