“Vaşinqton”un çalışdırıcısı Piter Laviolett MHL-də məşqçilər arasında qələbə sayına görə 8-ci pilləyə yüksəlib.
Football-plus.az xəbər verir ki, onun komandası dünən “Edmonton”u 5:4 hesabıyla məğlub edib.
Bununla da 723-cü qələbəsini qazanan 57 yaşlı mütəxəssis Alen Vinyonu (722) arxada qoyub. Məşqçilər arasında qələbə sayına görə MHL rekordçusu isə Skotti Boumendi (1244).