"Football-plus.az" xəbər verir ki, 37 yaşlı ulduz basketbolçu “Klivlend”lə oyuna mərhum musiqiçinin əynində olan kostyum və sepin eynisi ilə gedib:
“Məni azacıq tanıyırsızsa, onda bu oğlanı nə qədər çox sevdiyimi bilirsiz. Hələ də inana bilmirəm. Rahat uyu, Roket Men”.
Xatırladaq ki, repçi ötən həftə Hyustonda gecə məclisində olarkən bina atəşə tutulub. 28 yaşlı Takeoff hadisə yerində ölüb, daha iki nəfər yaralanıb.

