Misli premyer-liqasının 13-cü turunda "Qarabağ" "Kəpəz"i məğlub edib - 3:1.
Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi Avropada məğlub olmayan yeganə komandadı. "Köhlən atlar" çempionatda keçirdiyi 12 görüşün hamısında qələbə qazanıb.
"Düdelanj" Lüksemburq çempionatının 11-ci turunda "Svift Hesperange"yə uduzub - 0:4. Digər məğlub olmayan komanda "Panatinaikos" isə Yunanıstan superliqasının son turunda "Olimpiakos"la heç-heçə edib - 1:1.