"Qarabağ" Avropanın xal itirməyən 4 komandasından biri oldu

17.10.2022 10:33 424
Dünya futbolu
Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.

"Footbal-plus.az" xəbər verir ki, siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Misli premyer-liqasındakı ilk 9 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun 3-cü turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" (9), Yunanıstanda "Panatinaikos" (8), Ukraynada "Dnepr-1" (6) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Qeyd edək ki, "Qarabağ" premyer-liqanın 11-ci turunda oktyabrın 20-də "Turan Tovuz"u qəbul edəcək.