"Qarabağ" Avropada ilk 3-lükdə

31.10.2022 09:56
Ölkə futbolu
Misli premyer-liqasının 12-ci turunda "Şamaxı"nı məğlub edən (4:0) "Qarabağ" Avropada bu mövsüm xal itirməyən 3 komandadan biridi.

"Footbal-plus.az" xəbər verir ki, "atlılar" yerli çempionatda keçirdiyi 11 matçda da qələbə qazanıb.

"Qarabağ"la yanaşı, Lüksemburqda "Düdelanj" (10), Yunanıstanda "Panatinaikos" (10) bu göstəriciyə imza atıb.