"Neftçi" afrikalı futbolçunu transfer etmək istəyir

4.11.2022 15:36 939
Ölkə futbolu / Manşet
Görünən budu ki, flaqman çempionluq mübarizəsində “Qarabağ” və “Sabah”dan geri qalmaq istəmir.

Bu səbəbdən də səviyyəli oyunçuların transferi prosesinə start verilib. Artıq bir futbolçu ilə danışıqlara başlanılıb. Söhbət kabo verdeli Telmu Arkanjudan gedir. Pleymeyker, sağ və sol vinger kimi çıxış edən oyunçunun 21 yaşı var. Portuqaliya “Tondela”sının şərəfini qoruyan Arkanju Kabo Verde millisinin heyətində 1 oyun keçirib. Yarımmüdafiəçi bu mövsüm komandası ilə 12 matça çıxıb. Bu görüşlədə 6 qol vuran Telmu 2 məhsuldar ötürmə də edib.

Keçirdiyi oyunlarda 2 sarı, 1 qırmızı vərəqə ilə cəzalanıb. Onun “Tondela” ilə 2023-cü ilin yayına qədər müqaviləsi var. Sərbəstqalma qiyməti 300 min avrodu. Daha çox sağ vinger kimi çıxış edən kabo verdeli indiyə kimi ancaq Portuqaliya klublarında çıxış edib. “Sportinq”in yetirməsi 2014-cü ildə “Belenenseş”ə transfer olunub. 2020-nin avqustunda isə “Tondela”ya keçib.

İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul