Tıxac "Sumqayıt" - "Neftçi" matçının başlamasına mane oldu

5.11.2022 19:04 516
Premyer-liqa / Manşet
Premyer-liqanın 13-cü turunda "Sumqayıt" - "Neftçi"ni qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, görüş nəzərdə tutulan vaxtda - 19.00-da başlamayacaq. Buna səbəb flaqmanın Bakı-Sumqayıt şossesində tıxaca düşməsi olub. Paytaxt təmsilçisinin gecikməsi səbəbindən görüş yarım saat gec, saat 19.30-da başlayacaq.