“Neftçi” – “Sumqayıt” oyununun vaxtı dəyişdi

13.03.2022 18:00 510
Aktual / Ölkə futbolu
Premyer-liqanın 19-cu turu çərçivəsində bu gün 18.15-də baş tutmalı olan “Neftçi” – “Sumqayıt” oyununun vaxtı dəyişib.

“Football-plus.az” saytının məlumatına görə, buna səbəb “Qəbələ” –“Zirə” qarşılaşmasında yaranan fasilə olub. Qəbələdə yağan qar matçda ləngiməyə gətirib çıxarıb. Buna görə də “Neftçi” – “Sumqayıt” qarşılaşması yarım saat gec – 18.45-də başlayacaq.

SƏNƏM FƏRHADOVA