"Reallıq Konfrans Liqasıdı" - Kadi

4.11.2022 11:49 690
Avropa Liqası
"Komandamın oyunundan qürur duyuram. Avroliqada son oyuna qədər qrupdan çıxmaq üçün şansımızı saxlayırdıq. Sona qədər mübarizə apardıq. Belə oyunların taleyini detallar həll edir. Qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik. Bununla belə, komandamla fəxr edirəm".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə "Frayburq"la 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, son iki matçda qeyri-dəqiq oyunu ilə diqqət çəkməsi ilə bağlı verilən suala belə cavab verib:

"Bu suala necə cavab verəcəyimi bilmirəm. Bəlkə də texniki səbəblərə görə qol vurmaq alınmadı, bəlkə də bəxtsizlik oldu. Bunu sizə tam izah edə bilmərəm. Oyunda yanlış qərar vermək sonda rəqibin qol vurması ilə nəticələnir. Ona görə çıxış yolu öz üzərində çalışmaqdı".


Futbolçu həmçinin Konfrans Liqasında yollarına davam etmələri barədə də danışıb:

"Çempionlar Liqasında qrupa düşəcəyimiz, həmçinin Avropa liqasında pley-offa çıxacağım halda "Barselona" bizə rəqib ola bilərdi. Amma reallıq Konfrans Liqasıdı. Orada da zəif rəqib yoxdu. Görək, bəxtimizə hansı komanda düşəcək. Ona əsasən hazırlaşacağıq".