Xerard Pikenin başına qəribə iş gəlib.
Football-plus.az xəbər verir ki, “Barselona”nın müdafiəçisinə məxus otelin həyətində məzarlıq aşkarlanıb.
“Marca” qəzetinin yaydığı xəbərə görə, onun 2015-ci ildə Malaqadakı Kosta del Sol bölgəsində aldığı otelin altından nə az, nə çox - 250 məzar tapılıb.
Pike onda bu otel üçün 20 milyon avro xərcləmişdi. Ərazidə çalışan arxeoloq Alberto Kumpianın bildirdiyinə görə, məzarların çoxunun içi boşdu. İndi həmin məzarların neçənci əsrdən qaldığı araşdırılır.
Pikenin oteli məzarlığın üzərindəymiş
Dünya futbolu

