Azərbaycanlı idmançı dünya çempionu oldu

30.10.2022 22:38 320
İdman
Yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri Türkiyənin Konya şəhərində Dünya çempionatında ilk medallarını qazanıb.

Football-plus.az xəbər verir ki, Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq) Dünya çempionu olub. İsmayıl Xamoyev (14-15 yaşlı yeniyetmələr, -52 kq), Rəşid Süleymanov (16-17 yaşlı gənclər, -68 kq) yarışın bürünc medalını qazanıb.

Bu gün 21 yaşadək gənclərdə isə Əminağa Quliyeva (-60 kq) final görüşündə, Nuran Rzazadə (-67 kq), Hüseyn Hüseynzadə (-84 kq) və Osman Osmanlı (84+ kq) isə bürünc medal uğrunda döyüşlərə qatılacaq.

Konyada Yeniyetmə və gənclərin 12-ci Dünya çempionatında 105 ölkədən 1830 karateçi iştirak edir. 3 yaş qrupuna bölünən idmançılar 35 kateqoriya üzrə 140 medal uğrunda mübarizə aparır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul