16-17 və 21 yaşadək gənclərdən ibarət seçmə komandanın iki üzvü Çexiya respublikasının paytaxtı Praqda Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.
“Football-plus.az” saytının məlumatına görə, 16-17 yaşlı gənclər arasında Vahid Həsənov (+76 kg) 18-21 yaşadək gənclərdə isə Hüseyn Məmmədli finala yüksəlib.
Həlledici görüşlərdə V.Həsənov Lazar Potpara (Monteneqro) ilə, Hüseyn Məmmədli isə Younes Oualadla (Belçika) qarşılaşacaq! Xatırladaq ki, bazar günü finalda Əzim Rahib (70+ kg) Aleksandr Davieslə (LUX), bürünc medal görüşündə Fatimə Məmmədova (-47 kg) Alyona Kahveçi (TUR) ilə, Aslan Dostuyev isə Aleksis Tsangarasla (CYP) görüşəcək.
Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatında 48 ölkədən 1064 idmançı iştirak edir.
Karateçilərimiz qızıl medalı uğrunda mübarizə aparacaq
İdman



