Karateçilərimiz 3 medal uğrunda yarışacaq

18.06.2022 10:40 378
İdman
14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın üç üzvü Çexiya respublikasının paytaxtı Praqda Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq.

Football-plus.az xəbər verir ki, Bazar günü finalda Əzim Rahib (70+ kg) Aleksandr Davieslə (LUX), bürünc medal görüşündə Fatimə Məmmədova (-47 kg) Alyona Kahveçi (TUR) ilə, Aslan Dostuyev isə Aleksis Tsangarasla (CYP) görüşəcək.

18 İyunda 16-17 və 18-21 yaşadək gənclər mübarizəyə qatılacaq. Bütün yaş qrupları üzrə medal döyüşləri 19 İyunda keçiriləcək. Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatında 48 ölkədən 1064 idmançı iştirak edir.