İspaniya çempionatının “Kadis”lə oyunu Yan Oblak üçün əlamətdar olub.
Football-plus.az xəbər verir ki, o, “Atletiko”nun formasında La Liqada 277-ci dəfə meydana çıxıb. Sloveniyalı qapıçı bununla komandanın legioner futbolçuları arasında uruqvaylı Dieqo Qodinin rekordunu təkrarlayıb.
Oblak Madrid klubunda 2014/15 mövsümündən çıxış edir.