“Atletiko” yenə çempion olacaq?

30.10.2022 12:25 328
Dünya futbolu
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Atletiko” “Bayer-04”lə heç-heçə edib - 2:2.

Football-plus.az xəbər verir ki, bu nəticə ilə Madrid təmsilçisi 2017/18 mövsümündən bəri ilk dəfə turnirin növbəti turuna adlaya bilmədi. Onda 3-cü yeri tutan madridlilər mübarizəni Avroliqada davam etdirmiş və həmin turnirin qalibi olmuşdular.

Qeyd edək ki, həmin mövsüm “Qarabağ” “Atletiko” ilə eyni qrupda mübarizə aparırdı.