"Avropa Liqasında hələ şanslarımız var" - "Nant"ın futbolçusu

28.10.2022 11:36 365
Avropa Liqası
"Nant"ın futbolçusu İqnatius Qanaqo Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

"Footbal-plus.az" xəbər verir ki, 2:1 hesabıyla başa çatan matçda komandasının qələbə qolunu vuran hücumçu bunları deyib:

"Həqiqətən, nə deyəcəyimi bilmirəm. İnanılmaz axşam idi. Avropa Liqasında hələ şanslarımız var. "Olimpiakos"la oyun finala bərabər olacaq. Hər gün başa düşürəm ki, çox çalışmalıyam. "Qarabağ"la oyunda vacib qələbə qazandıq".