İrfan Can Kahveci Jezuşa sual ünvanladı

27.10.2022 22:10 349
Dünya futbolu
Əvvəlki illərlə müqayisədə bu mövsüm avrokuboklarda uğurlu çıxış edən Türkiyə təmsilçiləri bu gün Avropa arenasında növbəti oyuna çıxacaq.

Konfrans Liqasında “Sivasspor” ÇFR-i qəbul edəcəksə, “İstanbul BŞ” “Fiorentina”nın qonağı olacaq. Qalib gəlməklə Sivas təmsilçisi pley-offa vəsiqəni təmin edə bilər. Bu vəzifənin öhdəsindən artıq gələn “İstanbul BŞ”yə isə qrup liderliyini təmin etmək üçün uduzmamaq kifayət edəcək. Avropa Liqasında “Srvena Zvezda”nın qonağı olacaq “Trabzonspor” avrokuboklarda səfərdə 1161 günlük qələbə həsrətinə son qoymağa çalışacaq. Bu turnirdə çıxış edən “Fənərbaxça” isə artıq pley-offa vəsiqəni təmin edib. Qalır yalnız liderliyi təmin etmək. Bunun üçün evdə “Renni”i məğlub etmək lazımdı. Qrup liderliyi İstanbul nəhənginə əlavə üstünlüklər verəcək. Çünki bu turnirdə liderlər birbaşa 1/8 finala yüksələcəklər və ilk oyuna martın 9-da çıxacaqlar. Qrup ikinciləri isə ÇL-dən gələcək komandalarla pley-off matçına çıxacaqlar və ilk oyunlar fevralın 16-na təsadüf edəcək. Yəni “Fənər” 1 ay əlavə istirahət edərək diqqətini superliqa matçlarına yönəldə bilər. Bundan başqa, qrupu lider kimi tamamlayacağı təqdirdə “sarı-lacivərdlilər”in bu mövsüm avrokuboklardan gəliri 12,2 milyon avroya çatacaq.

Dünən “Renn” ilə oyuna həsr olunan mətbuat konfransında maraqlı olay yaşandı. Konfransa baş məşqçi Jorje Jezuşla yanaşı, İrfan Can Kahveci də çıxdı. 27 yaşlı solaxay futbolçu oyunla bağlı fikirlərini bildirdikdən və Jezuşa tərif yağdırdıqdan sonra portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablamağa başladı. Bu sırada İrfan Can jurnalistlərin yanına gedərək əlini qaldırdı və sual vermək istədiyini bildirdi. Mikrofonu əlinə alan Kahveci özünü təqdim etdikdən və zarafatla “Fənərbaxça TV”nin işçisi olduğunu bildirdikdən sonra Jezuşa “sabahkı oyunda rotasiya etməyi planlaşdırırsızmı” sualını ünvanladı. Məşhur mütəxəssisin cavabı belə oldu:
“Əslində İrfanın bu addımı oyunçularla aramızın nə qədər açıq olduğunu göstərir. Onun bu hərəkəti aramızda əvvəlcədən planlaşdırılmış bir şey deyil. Sualın cavabını az-çox özü bilir. Çünki məşqlərdə iştirak edir. Məşqin gedişinə əsasən kimin oynayacağı təxminən bəlli olur. Yəni sualı veərəkən özü də rotasiyanın olacağını bilir”.


Yeri gəlmişkən, Jezuş zədəli oyunçuların son durumu barədə də məlumat verib. O, Coşua Kinqin sağalmaq və məşqlərə başlamaq üzrə olduğunu vurğulayıb. Amma Mərt Hakan Yandaşla Luan Peresin zədəsinin daha ciddi olduğunu deyib. Bu iki futbolçu hələ bir müddət də komandadan ayrı qalmalı olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul