Kubokda 1/8 final mərhələsinin oyun cədvəli məlum oldu

26.10.2022 11:03 486
Ölkə kuboku
Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

"Footbal-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək.

22 noyabr (çərşənbə axşamı)

“Qəbələ” – “Araz Naxçıvan”
Qəbələ şəhər stadionu, 15.00

MOİK – “Səbail”
Binə qəsəbə stadionu, 14.00

“Şamaxı – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 14.00

23 noyabr (çərşənbə)

“Sabah” – “Qaradağ Lökbatan”
“Bank Respublika Arena”, 17.00

“Mingəçevir” – “Zirə”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14.00

“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, 14.00