"Neftçi" "Sumqayıt"a qarşı meydana itkisiz çıxacaq - VİDEO

3.09.2022 12:56 417
Premyer-liqa
"Neftçi"də yeni zədəli yoxdu.

Football-plus.az xəbər verir ki, yalnız komandanın iki əvvəldən zədəli olan futbolçusu - Azər Salahlı və Sezar Meza Kolli Misli premyer-liqasının 5-ci turunda "Sumqayıt"a qarşı oynamayacaq. Bu barədə klubun həkimi Şaiq Zöhrablı "Neftçi TV"yə bildirib. O, komandada sağlamlıq durumu barədə məlumat verib.

Bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" matçı saat 20.30-da başlayacaq.