Milli növbəti qələbəsini qazandı

18.04.2022 15:10 598
Yığma
Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

“Sabah”ın U-19 komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbə qazanıb. U-17-nin heyətində Davud Mənsumov fərqlənib.

Qeyd edək ki, milli daha öncə keçirdiyi oyunda "Şamaxı"nın U-19 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.