Hətta 2-ci hissədən etibarən bileti olmayanın da girişinə icazə verildi. Görəsən, Gəncə təmsilçisi həqiqətən limiti pozub? Bu suala aydınlıq gətirmək üçün "Kəpəz"in mətbuat katibi Azad Mustafayevə müraciət etdik:
"Neftçi"ylə oyunda nə qədər bilet satdığımız bəllidi. Bundan başqa, qazilər, şəhid ailələri və xüsusi dəvət olunan qonaqlar üçün giriş biletsiz olub. Vəziyyətdən sui-istifadə edərək bəziləri stadiona biletsiz girib. Bununla belə, azarkeş sayı 3 mini keçməyib. Polis əməkdaşları və mühafizə xidməti bu məsələdə olduqca diqqətli olub. Həmçinin əlavə mühafizə xidməti də cəlb etmişdik ki, azarkeş sayı ilə bağlı limit qorusun".
ABDULLA İSMAYILOĞLU





