“Neftçi”nin futbolçusu Azər Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib.
"Footbal-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd olunub ki, bunadək komandanın heyətində rusiyalı legioner kimi meydana çıxan yarımmüdafiəçi artıq yerli futbolçu statusu alıb.
Bu ilin yanvar ayında “Neftçi”yə transfer olunan Əliyev bu komanda ilə 22 oyun keçirib və 1 qol vurub.