Güləşçimiz dünya çempionatının finalında

20.10.2022 20:32 408
İdman
İspaniyanın Pontevedra şəhərində 23 yaşadək güləşçilərin dünya çempionatı keçirilir.

Football-plus.az xəbər verir ki, idmançımız Nigar Mirzəzadə bu gün mübarizəyə qoşulub. O, 1/8 finalda ispaniyalı Nerea Blanko, 1/4 finalda isə qazaxıstanlı Dariqa Abeni məğlub edib. Yarımfinala yüksələn təmsilçimiz burda italiyalı Elena Espositodan da güclü olub. Beləcə, Nigar dünya çempionatının həlledici görüşünə vəsiqə qazanıb.