İki güləşçimiz Dünya Çempionatının finalında

25.07.2022 22:47 487
İdman
Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı start götürüb.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə 5 çəkidə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Fəraim Mustafayev (55 kq) misirli Hüseyn Hasaneynə (8:0), gürcü Saba Surmanidzeyə (tuşe) vaxtından əvvəl qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda iranlı Seyid Azərşabı 9:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Fəraim həlledici görüşdə hindistanlı Suraj Suraj ilə qarşılaşacaq.

İsmayıl Rzayev (80 kq) polşalı Voyçieş İvanovski (5:0), macar Oliver Kovaç (4:1) və serbiyalı Branko Dukiç (7:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. O, yarımfinalda iranlı Seyid Azərşaba 9:0 hesabıyla qalib gələrək dünya çempionatının finalına yüksəlib. İsmayıl finalda türkiyəli Alperen Berber ilə üz-üzə gələcək.

48 kq çəki dərəcəsində yer alan Səid Xəlilov, 65 kq-dakı Əli Əlizadə və 110 kq-da çıxış edən Məzahim Mərdanov isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, medallar uğrunda görüşlər sabah keçiriləcək.