Güləşçimiz dünya çempionatının finalında

18.08.2022 16:19 351
İdman
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, Birgül Soltanova (62 kq) əlcəzairli Mastura Sudaniyə (tuşe) və macarıstanlı Yasmine Solimana (11:2) qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib.

Əsmər Canqurtaran (53 kq) 1/8 finalda yaponiyalı Ayaka Kimuraya, Mərziyə Sadıqova (65 kq) isə 1/8 finalda türkiyəli Derya Nur Karadumana məğlub olub.