“Hall Siti”də yeni bir təyinat diqqət çəkib. Acun oyunçuların performansını təhlil etmək və yaxşılaşdırmaq üçün Beri Pardo ilə anlaşıb.
Klubdan verilən rəsmi açıqlamada qeyd olunub ki, 32 yaşlı Pardo A lisenziyasına malikdi. O, həm Türkiyə, həm də Portuqaliya vətəndaşıdı. Pardo uzun illər Türkiyədə çalışıb. O, futbol dünyasına “Kristal Pelas”ın skautu kimi qədəm qoyub. 2016-18-ci illərdə “Trabzonspor”da təhlil qrupunun rəhbəri kimi çalışıb. Trabzonda Ərsun Yanalla birlikdə işləyən Pardo 2018-də bu dəfə “Fənərbaxça”da Yanalın köməkçilərindən biri oldu və 2021-ə qədər “sarı-lacivərdlilər”də çalışdı. 2021-in oktyabrından bu ilin iyununa qədər isə “İstanbul BŞ”də Əmrə Belözoğlunun köməkçilərindən biri olmuşdu.
Bundan başqa, “Hall Siti” sabiq müdafiəçi Robbi Stokdeylin də məşqçilər korpusuna müvəqqəti daxil edildiyini açıqlayıb.
Acunun komandasında qeyri-adi təyinat
Dünya futbolu



