Milinkoviç-Saviçin qiyməti açıqlandı

18.10.2022 23:51 458
Dünya futbolu
Cari mövsümü əla keçirən Sergey Milinkoviç-Saviçin “Latsio”da sonuncu mövsümü keçirdiyi iddia ediir.

Onun “Yuventus” başda olmaqla bir sıra klublara satılmaq ehtimalı ilə bağlı xəbərlər dolaşır. Lakin “Latsio”nun prezidenti Klaudio Lotito bu iddialara mənfi reaksiya verib:
“Bizim futbolçumuzun agenti Kejmanla heç bir razılaşmamız yoxdu. Yəni Milinkoviç-Saviçin “Yuventus”a və ya başqa kluba mümkün keçidi ilə bağlı xəbərlər əsassızdı. Həm də indi Sergeyin qiyməti 100 yox, 120 milyon avrodu. Onun transfer dəyəri aydan-aya artır”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul