"Mançester Yunayted" heyətini gücləndirməyi planlaşdırır.
Football-plus.az xəbər verir ki, "qırmızı-şeytanlar" Sergey Milinkoviç-Saviçin transferi ilə bağlı “Latsio”ya təklif göndərəcək. İngiltərə klubu Roma təmsilçisinə 27 yaşlı yarımmüdafiəçi üçün 42 milyon avro təklif etməyi planlaşdırır. Lakin "Latsio" bu keçiddən daha çox qazanmaq istəyir. Romamılar mançesterlilərdən transfer üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, serbiyalı yarımmüdafiəçinin "Latsio" ilə 2024-cü ilə qədər müqaviləsi var.