“Milan” qitənin 5 aparıcı liqası üzrə liderdi

3.09.2022 20:35 329
Dünya futbolu
“Milan” İtaliya çempionatının cari mövsümündə ikinci səfər oyununda da bir xal qazana bilib.

“Sassuolo” ilə həftəiçi keçirilən matç qolsuz nəticələnib və son çempion bu il A seriyasında keçirdiyi 14-cü oyunda qapısını toxunulmaz saxlayıb. “Milan” bu göstəriciyə əsasən qitənin 5 aparıcı liqası üzrə liderdi. “Real Sosyedad” cari ildə La Liqada 13, “Liverpul” və “Mançester Siti” premyer-liqada 12, “Tottenhem” isə 11 oyunda top buraxmayıb.