“Səbail” premyer-liqada 100-cü ev qolunu buraxıb.
"Footbal-plus.az" xəbər verir ki, bu, “Qəbələ” ilə qarşılaşmaya təsadüf edib.
Misli Premyer Liqasının 8-ci turunun görüşünün son dəqiqəsində “100”ə çatan paytaxt klubunu Ülvi İsgəndərov məyus edib. O, meydan sahiblərinin qapısından 100-cü topu keçirib.
“Səbail” evdəki 71-ci qarşılaşmada buna üzülüb. Bakılılar ölkə çempionatları tarixində 100 və daha çox qol buraxan 20-ci komanda olub.
“Səbail” “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.