"Səbail" tarixində ilk

29.08.2022 11:25 389
Premyer-liqa
“Səbail” tarixində 5-ci dəfə premyer-liqada böyükhesablı qələbə qazanıb.

Football-plus.az xəbər verir ki, bu, “Kəpəz”lə qarşılaşmaya təsadüf edib. Bakı klubu Misli premyer-liqasının 4-cü turunda 4:1 hesabı ilə qalib gəlib.

“Səbail” ilk dəfə ev oyununda 4 qol vurmağı bacarıb. Bunadək yalnız bir dəfə rəqib qapısına 4 dəfə yol tapan bakılılar 2018-ci ildə “Sabah”la səfər matçında qalib gəlmişdi – 4:0.