Rafael Ağayev də mübarizəni dayandırdı

25.05.2022 21:05 486
İdman
Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, 75 kq çəkidə çıxış edən Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda Panayiotis Loizidesə (Kipr), 1/8 finalda David Podsklaya (Slovakiya) qalib gəlib.

Ancaq təmsilçimiz 1/4 finalda Hamza Turuljaya (Bosniya və Herseqovina) məğlub olub və turnirdə mübarizəni dayandırıb.