Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, toplantıda premyer-liqanın -5ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Misli premyer -liqasının 5-ci turunun “Şamaxı” – “Turan Tovuz” oyununda Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən “Şamaxı” klubu 800 manat cərimə olunur;
“Sabah” – “Səbail” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Sabah” klubu 1600 manat cərimə olunur;
“Kəpəz” – “Qarabağ” oyununda Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə “Kəpəz” klubu 800 manat cərimə olunur;
Qəbələ şəhər stadionunda “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə olunur;
“Kəpəz” klubunun futbolçusu Tural Rzayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.