• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əlbəttə, titul uğrunda daha sıx mübarizə xoşuma gəlir”

İdman

13-10-2022, 23:0

Xəbər verdiyimiz kimi, həftəsonu keçirilən Yaponiya “Qran-pri”sində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Maks Ferstappen ardıcıl ikinci dəfə “Formula-1” yarışlarında dünya çempionu oldu.

Mövsümün arxada qalan 18 mərhələsindən 12-də qalib gələn “Red Bull” pilotu çempionluqdan sonra keçirdiyi ilk mətbuat konfransında həmkarlarımızın bir çox sualını cavablayıb.

- Bu mövsüm sizin üçün, sadəcə, gözəl alındı. Titul qazanandan sonra hiss etdiyiniz emosiyalar ötənilkindən fərqlənirmi?
- Bəli, indi tam fərqli emosiyalardı. Bütün mövsüm fərqli keçir. Ondan başlayaq ki, tam yenilənmiş maşınla çıxış edirik, yürüşlərin xarakteri də başqadı. Ancaq hər qələbənin öz yeri var. Məsələn, ötən il hər şey təsnifat mərhələsinin nəticəsindən çox asılı idi, qələbənin təməli orda qoyulurdu. İndi isə itirilən mövqeləri bərpa etmək olur. Sözsüz, bu mövsüm də özünəməxsus idi, onu təkrarlamaq çox çətin olacaq. Bu üzdən uğurlarımıza gerçək qiymətini verməli və maksimum məmnunluq duymalıyıq.

- Mövsümün ən parlaq anını seçə bilərsizmi?
- Düşünürəm ki, Belçika mərhələsini seçərdim. Spada total dominantlıq etdik, belə həftəsonları nadir hallarda olur.

- Bəs çətin anlar oldumu?
- Əsas çətinliklər mövsümün əvvəlində oldu, onda bir neçə dəfə trassdan kənara çəkildik. Axı ən uğursuz yarışda da xal qazanmaq olar. Trassdan çəkilmək isə adamın başına gələn ən pis hadisədi.

- Mövsümün hansı məqamında düşündüz ki, “bəli, mən titulu qazana bilərəm”.
- Qələbə şansımızın böyük olduğunu düşündüyüm bir neçə an var. Güman edirəm ki, Fransa “Qran-pri”sini xatırlamaq lazımdı. Ondan sonra çempionatdakı üstünlüyümüz önəmli şəkildə artdı. Yetərincə rəqabətədavamlı maşınımız var. Hərçənd Fransada anlayırdım ki, növbəti mərhələlərdə bizi çox ciddi rəqabət gözləyir. Ancaq onu da bilirdim ki, üstünlüyümüz necə böyükdüsə, çətin bunu əldən verək.

- “Red Bull” Mühəndislər kubokunda da qələbənin biraddımlığındadı. Komanda hesabında da çempion olmaq sizin üçün nə dərəcədə vacibdi?
- Əlbəttə, vacibdi, növbəti hədəfimiz budu. Sözsüz, bütün gücümü qoymağa hazıram ki, Mühəndislər kubokunu da qazanaq.

- Ötən mövsümün Əbu-Dabidəki birmənalı qiymətləndirilməyən sonluğunun ardından bu dəfə fərqli üslubda çempionluq qazandız, mövsümboyu rəqiblər üzərində əzici üstünlük göstərdiz. Bu ona dəlalət edir ki, ikinci titulu qazanmaqla daha dərin məmnunluq yaşayacaqsız?
- Artıq dediyim kimi, hisslərim tam fərqlidi. Ancaq demək istəyirəm ki, ötənilki qələbənin də ləzzəti başqa idi. Bu il isə maşınlar çox dəyişib, komanda işində daha effektliyik. Düzdü, ilin əvvəli asan olmadı, ancaq düşünürəm ki, sonradan məhz kollektivin səyi sayəsində işləri yoluna qoyduq. Demək olar ki, səhvə yol vermədik. Odu ki, bu iki ili müqayisə etmək istəməzdim.

- Necə hesab edirsiz, 2021 ilə müqayisədə bu il daha yüksək səviyyədə çıxış etdiz?
- Demək çətindi. Həmişə arxaya boylanıb düşünürsüz ki, daha yaxşı etmək olardı, mükəmməlliyə can atırsız. Ancaq siz robot deyilsiz, hamı kimi səhvə yol verə bilərsiz. Səhvləri minimuma endirməyə çalışmaq, hansısa vəziyyətdə risk ehtimalını azaltmaq vacibdi. Bəzən bu alınır, bəzən də yox. Düşünürəm ki, bu il hər şey alındı.

- Ötən il Əbu-Dabidə ilk çempionluğu qazanandan sonra dediz ki, əsas hədəfə çatıbsız, bütün sonrakı uğurlar isə bonus olacaq. İndi hədəfiniz nədi, bundan sonra nə etmək fikrindəsiz?
- “Formula-1”də hələ bir neçə il də keçirəcəm, ümid edirəm ki, bundan sonra da rəqabətədavamlı olacağıq. Yarışlar, titullar qazanmaq istəyirəm, hərçənd bunlar artıq qazandıqlarımı dəyişməyəcək. Həqiqətən etdiklərimlə qürur duyuram. Ancaq düşünürəm ki, komandada mənlə çalışan hər kəs bundan artığını haqq edir. Bundan da uğurlu mövsümləri təmin etməyə qadirik.

- Finişdən sonra hər kəs xal sayı ilə bağlı çaşıb qalmışdı. Dünya çempionu olduğunuzu hansı məqamda anladız?
- Yarışın gedişində xalla bağlı hansı qərarın veriləcəyinə dair anlayışım yox idi, hədəfim finişə birinci çatmaq idi. Finişə çatandan sonra özüm-özümə dedim ki, “əla yarışdım, çoxlu xal qazandım, ancaq hələ çempion deyiləm”. Finişin ardından müsahibə verirdim ki, mexaniklərim alqışlamağa başladı. Dərhal soruşdum ki, nə baş verir? Sonra anladım ki, Şarl Leklerin əvəzinə Serxio Peres ikinci olub, ancaq yenə də anlamırdım ki, xalların hamısını, yarısını, yoxsa 75 faizini alacağıq? Və bu məqamda FİA-nın media nümayəndəsi Tom Vud artıq çempion olduğumu dedi. Və biz bayram etməyə başladıq. Ardından birdən adamlar dedilər ki, yox, yetərincə xalın yoxdu. Ancaq son nəticədə xalımın kifayət etdiyi bilindi və mən yenidən dünya çempionu oldum!

- Ötən il titulu son mərhələdə qazandız, bu mövsüm isə titula doğru planauyğun şəkildə irəlilədiz. Deməli, emosiyalar fərqli olmalıdı.
- Bəli, emosiyalar fərqlidi. Ötən il son mərhələnin finişinə qədər mövsümün necə bitəcəyini bilmirdik. Mövsümün həmin çağında maşınımız heç də ən sürətli deyildi. Bu il hər şey fərqlidi. Ancaq həm birinci, həm də ikinci titul mənə çox xoşdu. Həmişə pressinq hiss edirsiz, hər dövrədə imkanlarınızın son həddində hücum edirsiz. Bu mövsümün axarından çox razıyam.

- Maks, bu qələbəni necə qeyd edəcəksiz? Yaponiyada qalacaqsız, yoxsa Monakodakı evinizə qayıdacaqsız?
- Yaponiyaya getməmiş mən artıq evə dönəcəyimi planlaşdırmışdım. Mövsümün sonuna qədər hələ dörd yarış var, bayram etmək üçün imkan olacaq. Artıq üzərimdə ciddi pressinq yoxdu, ancaq bu mövsüm maksimum çox mərhələ qazanmaq, maşınımızın potensialından tam yararlanmaq istəyirəm. Axı gələn il, sonrakı illərdə qalib gəlmək şansınızın olub-olmayacağını bilmirsiz. Odu ki, elə bu il daha bir neçə yarışda qalib gəlmək istəyirəm.

- Çempionatdakı duruma əsasən mühakimə yürütsək, indi dominantlıq edirsiz, ancaq mövsümün əvvəlində böyük xal üstünlüyünüz yox idi. Siz və ya komanda belə üstünlüyə görə təəccüblənirmi? Yadımdadı ki, Melburn mərhələsindən sonra belə demişdiz: “İndi bizə 46 mərhələ lazımdı ki, bu mövsüm çempion olaq”.
- Bəli, həmin vaxt məyus idik. Ancaq indi mövsümü və maşınların xarakteristikasına görə bir-birinə necə yaxın olduğunu dəyərləndirsək, belə xal üstünlüyü təəccüb doğurur. Əlbəttə, hər şey belə olduğuna görə sevinirəm. Digər tərəfdən, əlbəttə, titul uğrunda daha sıx mübarizə xoşuma gəlir. Ümid edirəm ki, növbəti mövsümdə məhz belə olacaq.

- Bu sualı verməyin hələ tez olduğunu bilirəm. Ancaq gələn il titulu 24 mərhələdən ibarət gərgin mövsümdə qorumalı olacaqsız. Növbəti mövsümə başlamaqdan qorxmursuz? Necə köklənə biləcəksiz?
- Bəli, bizi uzun mövsüm gözləyir. Yetərincə uzun görünsə də, vəziyyətə baxacağıq. Düşünürəm ki, komanda şəklində daha yaxşı hazırlaşmağa və bu mövsüm nümayiş etdirdiyimiz formanı qorumağa çalışacağıq. Düzdü, bu çətin olacaq. Ancaq komandadakı adamlara, yenidən gerçəkdən yaxşı maşın yarada biləcəyimizə böyük ümidlər bəsləyirəm.

Paylaş:
Digər xəbərlər

İdman

30-03-2022, 18:0

Dünya çempionu cari mövsümdə ilk qələbəsini qazandı

İdman

12-06-2022, 13:0

Binotto “Ferrari”nin hədəfini açıqladı

İdman

1-07-2022, 17:0

Pike irqçilik etdi, Hemiton cavab verdi

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə