İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı

3.10.2022 12:16 343
Dünya futbolu
“Sampdoriya” baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən göndərilib. Komanda bu mövsüm onun baş məşqçiliyi altında A seriyasının 8 turundan sonra cəmi 2 xal toplayıb və sonuncu - 20-cidi.

Qeyd edək ki, Campaolo bu ilin yanvarından "Sampdoriya"nı çalışdırırdı.