"Məncə, qrupda komandaların səviyyəsi bərabərdi" - İsveç millisinin baş məşqçisi

10.10.2022 10:55 425
Dünya futbolu / AÇ
İsveç millisi Avro-2024-ün seçmə mərhələsində F qrupunda Azərbaycan, Belçika, Avstriya və Estoniya ilə qarşılaşacaq.

"Footbal-plus.az" xəbər verir ki, yığmanın çalışdırıcısı Yann Andersen püşklə bağlı bunları deyib:

"Beş komandalı qrup yaxşıdı. Daha pis qruplar var idi. Eyni zamanda daha asanları. Məncə, qrupda komandaların səviyyəsi bərabərdi. Çətin olacaq, lakin qrupdan çıxa bilərik".