"Sabah"dan rekord

10.10.2022 12:50 324
Ölkə futbolu
“Sabah” Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb.

"Footbal-plus.az" xəbər verir ki, bu, Azərbaycan premyer-liqasının 9-cu turuna təsadüf edib.

Murad Musayevin yetirmələri “Kəpəz”lə ev oyununda üç xalı 5 cavabsız qolla əldə edib. Bunadək yalnız bir dəfə 4 top fərqi ilə qalib gələn bakılılar bu il aprelin 24-də “Şamaxı”nı üstələyib – 5:1.

Paytaxt təmsilçisi həm də Premyer Liqada bir matç üçün özünün məhsuldarlıq rekordunu təkrarlayıb. İkinci dəfə bir oyuna 5 top vuran “Sabah” “Şamaxı” ilə ötən mövsümdəki qarşılaşmada bunu bacarmışdı.