"Sabah" tarixinin 2 rekordu

25.04.2022 11:08 507
Premyer-liqa
“Sabah” tarixinin iki rekorduna imza atıb.

Paytaxt klubu premyer-liqada ən böyükhesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib. Bu, 24-cü turun “Şamaxı” ilə ev görüşündə gerçəkləşib.

5:1 hesabı ilə qalib gələn bakılılar indiyədək heç vaxt 3-dən çox qol vurmamışdı. 12 qarşılaşmada üç top vuran və bunların altısında 3:0 hesabı ilə qalib gələn “Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox – 5 qol vurub.

Bu, klub tarixinin premyer-liqadakı yubiley – 100-cü matçında qeydə alınıb. “Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının ikinci qoluna imza atmaqla bakılıların çempionatdakı 100-cü qolunu vurub. Bu, 50-ci ev matçındakı 15-ci qələbə kimi tarixə düşüb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul