Cüdoçumuz yarımfinalda

9.10.2022 14:30 363
İdman
Millimizin cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Football-plus.az xəbər verir ki, o, 81 kq-da 1/4 finalda koreyalı cüdoçu Li Yunvanı məğlub edib. İdmançımız yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə qarşı mübarizə aparacaq.