Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

25.04.2022 13:20 433
İdman
Azərbaycan yığmasının və "Qəbələ" İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti mükafatını qazanıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda imza atıb.

Yusifov 4/1 finalda Luka Violiçə (Xorvatiya), yarımfinalda Ceymi Uilyamsa (Böyük Britaniya) qalib gəlib. İmran qızıl medal uğrunda qarşılaşmada Marsel Skaletslə (Xorvatiya) üz-üzə gəlib. O, finalda rəqibini məğlub edərək, qızıl medal qazanıb.