Cüdoçumuz erməniyə 25 saniyəyə qalib gəldi

23.06.2022 19:48 375
İdman
Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində yeniyetmə idmançılar arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan cüdoçumuz 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, bu gün 55 kq-da mübarizə aparan Şahin Orucov da yarımfinalda erməni rəqibinə qalib gələrək finala yüksəlib.