• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nurlan İbrahimovun vəkilinin beş dəlili qəbul olunmayıb

Aktual / Manşet

8-10-2022, 14:0

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun cəzasını qüvvədə saxlayıb.

Bu məlumatı “Futbol+”ə açıqlamasında Nurlanın vəkili Fərid Haqverdiyev təsdiqlədi:

"Bildiyiniz kimi, Nurlana verilən cəza qüvvədə saxlanıldı. İstəyirəm bununla bağlı hər kəsin məlumatlı olması üçün aşağıdakıları bölüşüm. Məlum post yazılan gün indiyə qədər yadımdadı. Axşam xəbərlər veriləndən sonra "feysbuk"a daxil olanda statusun yazıldığını gördüm, bəlli müddət keçəndən sonra artıq "tvitter"də postun "screenshot"larını paylaşmağa başladılar. Sonrası məlumdu. "Screenshot"la birgə məktubun ünvanlanması, məlum ölkənin federasiyasının rəsmi saytında verilən reaksiya və s. Araşdırma aparılacağı haqda xəbəri görəndən sonra özlüyümdə “Nurlanın müdafiəsini necə qurmaq olar”, - deyə fikirləşməyə başladım. Düşündüm ki, özünün razılığı olsa, bu işə qoşula bilər və əlimdən gələni edərəm. Nurlanla həmin günə qədər tanış olmadığım üçün ortaq dostlar vasitəsilə bu fikrimi onunla bölüşdüm və müdafiəsi ilə bağlı status yazdım. Nurlanla danışandan sonra onun razılığı ilə müdafiəsinə qoşuldum. Əfsuslar olsun ki, mən işə qoşulana kimi proses artıq müəyyən qədər irəliləmişdi və bəzi “kaş ki, olmayaydı" dediyimiz və sonradan əleyhimizə olacaq şeylər də baş vermişdi. Müdafiəyə başladığımız gündən Nurlanın xeyrinə dəlilləri hazırlamaq və təqdim etmək üçün cəmi 2 günyarım (!) vaxtımız qalmışdı. Buna baxmayaraq, həmin müddətdə lazım olan sənədləri hazırladıq, təqdim etdik. Təəssüf ki, ilkin apellyasiya şikayətimiz guya “prosedur pozuntusu” adı altında rədd edildi. Beləliklə, ilkin apellyasiya imkanımız süni şəkildə itirildi. Halbuki sonradan bu məsələdə məlum qurumun səhv qərar verdiyi CAS tərəfindən tanındı. Bundan sonra yeganə ümid yeri kimi CAS qalmışdı. Buna sərf edilən hazırlığı, yəqin ki, təkcə yaxınlarım və Nurlan bilir. Şikayətin kim tərəfindən verildiyini araşdırıb CAS-a bildirdik. 7-8 futbolçunun birbaşa quruma ünvanladığı məktub, başqa sübutlar hazırlandı və təqdim olundu. Qarşı tərəfi Avropanın ən bahalı hüquq şirkətlərindən biri təmsil edirdi. Bu yerdə deyim ki, iclasda Nurlanın bununla bağlı sözünə replika ilə "biz ən bahalı deyilik", - deyə gülüşlə reaksiya verdilər. Yenə də prosedur pozuntusu adı altında qarşı tərəf işin CAS-da baxılmasına etiraz etdi. Buna baxmayaraq, bu dəlil də qəbul olunmadı və işə qurumda baxılacağı qərarlaşdırıldı.
CAS-ın iclasında bütün prosesi hakimlərə detallı anlatdıq, üzləşdiyimiz haqsızlıqları dilə gətirdik. 7-8 futbolçunun Nurlan barədə xasiyyətnaməsini təqdim etdik. Nurlanın özünün də birbaşa çıxışı oldu. Bundan sonrası isə artıq məlumdu. Ardıcıl qeyri-müəyyən təxirəsalmalar başladı. Gəncənin bombalanmasından 2 il 2 gün keçəndən sonra gözləmədiyimiz və arzulamadığımız qərar verildi. İlk növbədə bütün proses boyunca bizə dəstək olan, yazan, məni görəndə soruşan hər kəsə, o cümlədən dəyərli jurnalist dostlarımıza minnətdarlığımı bildirirəm. İclasda qarşı tərəfin etiraf etdiyi kimi bütün statuslarımızı izlədiklərindən ictimaiyyətə verilən məlumatlarda maksimum ehtiyatlı olurduq ki, məxfi məlumatın yayılmasında da bizi ittiham etməsinlər. Bu ağır və uzun prosesin sonuna bir yerdə gəldik. Çoxları bilir ki, Nurlanı növbəti müştəri yox, öz yaxınım kimi gördüm, heç vaxt bu prosesdən şəxsi məqsədlər üçün (tirajlana biləcək məlumatları paylaşmadım) istifadə etmədim. CAS-da işə görə vəkillərin hansı məbləğdə qonorar aldığını da çoxları bilir. Zaman-zaman fikir ayrılıqlarımız oldu, buna baxmayaraq, onu yaxından tanıdıqca nə qədər ürəyigeniş, səmimi, dəyərli və bu ağır cəzaya layiq olmayan adam olduğunu gördüm. Onun kimi dostu qazandığım üçün bu uzun prosesə minnətdaram əslində. Nurlana isə bundan sonra ancaq layiq olduğu xoş xəbərlər eşitməyi arzulayıram. İnanıram ki, ədalət gec-tez yerini tapacaq. Özünün həmişə dediyi kimi, “xeyirlisi, qardaş”. Minlərlə insanın ümid yeri olmaq böyük məsuliyyətdi, mənim də təqsirim olubsa, hər kəs haqqını halal etsin".


Fərid bəyin açıqlaması 2 il 2 ay ərzində yaşananlarla bağlıdı. Bəs bundan sonra necə olacaq? Nurlan İbrahimovun bağışlanmaq ehtimalı var? Vəkil suallarımıza belə aydınlıq gətirdi:
"Hüquqi baxımdan heç bir yol qalmayıb. Sadəcə, cəza ilə yox, qərarın onun əmək fəaliyyətinə mane olması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək olar. Fikrimcə, bu da alınan iş deyil. Ancaq bir yol qalıb ki, bəlkə nə vaxtsa qərar ləğv olunar".
Görəsən, CAS-a hansı dəlillər təqdim olunub? Qurum bunların qarşılığında qərarı qüvvədə saxlamağını necə əsaslandırıb? Haqverdiyev məsələyə belə aydınlıq gətirdi: “Həmin vaxt "Qarabağ"ın 7-8 sabiq futbolçusundan xasiyyətnamə almışdıq. Onlar yazmışdılar ki, Nurlanı tanıyırıq, heç vaxt hansısa əcnəbi və ya yerli oyunçular ilə problemi olmayıb. CAS-dan xahiş etdik ki, bunları da nəzərə alsınlar. İbrahimovun Artur Huzinqa adlı jurnalist dostu var. Hətta o da dəstək mesajı göndərmişdi. Amma bununla bağlı CAS-dan bizə heç nə yazmadılar. Orda ilk növbədə Nurlanın affekt vəziyyətində olduğunu qabartdıq. Bildirdilər ki, sizi başa düşürük, bəyanatdan kədərlənirik, amma bu, onun belə cümlələr işlətməsinə əsas vermir. Nurlanın statusunda xüsusilə son cümlə odun üstünə benzin tökən amil idi. İkinci məsələ kimi "Qarabağ"a qarşı təxribatlar olduğunu və ermənilərin ölümlə hədələməsini ortaya qoymuşduq. Lakin bunu da ciddi dəlil kimi qəbul etmədilər. Bundan başqa, yüngülləşdirici amillərin nəzərə alınmasını xahiş etmişdik. Çünki Nurlan özü məcburi köçkün ailəsindəndi. Uşaqlıqdan ermənilərin azərbaycanlılara qarşı vəhşiliyini eşidib və bunlar ona pis təsir edib. Yəni məlum statusun yazılması emosional vəziyyətlə bağlı olub. Paylaşımı etdikdən sonra dərhal silib. Bu da onun peşmanlığını göstərir. CAS Nurlanın ikinci statusuna istinad etsə də, burda səmimi peşmanlıq görmədiyini bildirib. İddia edirlər ki, İbrahimov həmin statusda klubun ona görə cəzalanmasına diqqəti çəkib. Yəni orda peşmanlıq, narahatlıq hiss olunmur. Üçüncü dəlilimiz Nurlanın futbol sahəsindəki 15 illik fəaliyyəti dövründə heç bir cəzasının və məhkumluğunun olmaması idi. CAS-dan bildirdilər ki, əslində 15 illik təcrübə ağır cəza verilməsi üçün əsasdı. Çünki təcrübəli insan bu addımı atmamış fikirləşməliydi. Dördüncü dəlilimiz o idi ki, bu cəza İbrahimovun nüfuzuna zərbədi, futbol sahəsində başqa işə götürməyəcəklər, problemləri olacaq. Qarşı tərəfin cavabı isə belə oldu ki, Nurlanın işlətdiyi ifadələr daha ağırdı. Onsuz da işəgötürən onun belə cümlələr işlətdiyini biləcək. Yəni sözlərindən belə çıxdı ki, nüfuzunu fikirləşirsə, elə öz yazdığına baxsın. Nəhayət, beşinci dəlil kimi UEFA-nın bu qərarı təzyiq altında qəbul etdiyini vurğuladıq. CAS-dan isə dedilər ki, bununla bağlı sübutunuz yoxdu, hamısı boş söhbətlərdi, işə baxan qurum məsələyə qərəzli yanaşmayıb. Onların sözlərinə görə, işə Ermənistan tərəfinin şikayəti əsasında baxılsaydı belə, heç nə dəyişməyəcəkdi. Biz tələb qoymuşduq, bu cəza, adətən, rüşvət alanlara şamil olunur. Təbii ki, bununla da razılaşmadılar və bildidilər ki, məlum status genosidə çağırışdı".


Sonda Haqverdiyev İbrahimovun futboldan başqa bütün sahələrdə çalışa biləcəyini qeyd etdi:
"Bununla bağlı hansısa məhdudiyyət yoxdu. Bunu əcnəbi vəkillərlə çox müzakirə etmişəm. Ortaq fikir bundan ibarətdi ki, UEFA-nın buna müdaxilə etmək səlahiyyəti yoxdu".


Qeyd edək ki, UEFA 44 günlük Vətən müharibəsi zamanı “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" isə 100 min avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. CAS onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalıydı. Lakin qərarın verilməsi dəfələrlə təxirə salınıb.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

İdman

5-08-2022, 15:0

Nurlan İbrahimovun işi yenə uzandı

Ölkə futbolu / Günün xəbəri

11-07-2022, 11:0

Nurlan İbrahimovun məsələsi yenə həllini tapmadı

Aktual / Günün xəbəri

3-07-2022, 10:0

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

İdman

6-09-2022, 13:0

CAS Nurlan İbrahimovla bağlı prosesi yenə təxirə saldı

Aktual / Ölkə futbolu

17-05-2022, 18:0

Nurlan İbrahimovun məsələsi yenə uzandı - ÖZƏL AÇIQLAMA

Aktual
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
“Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Daha nə istəyirik?! - KÖŞƏ
Son xəbərlər
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Dünən, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Dünən, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Dünən, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Dünən, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Dünən, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Dünən, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Dünən, 10:00
    İtaliya klubunu tərk etdi
  • Dünən, 00:20
    "Qarabağ" "Vestri"ni iyulun 9-da qəbul edəcək
  • Dünən, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 225
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 204
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 200
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 196
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə