Nurlan İbrahimovun işi yenə uzandı

5.08.2022 15:52 467
İdman
İdman Arbitraj Məhkəməsi (CAS) Nurlan İbrahimovun işi üzrə qərarın açıqlanma tarixini növbəti dəfə uzadıb.

"Football-plus.az" xəbər verir ki, qərar sentyabrın 11-də verilməlidi. Məlumatı İbrahimovun vəkili Fərid Haqverdiyev yayıb.

FIFA Vətən müharibəsi dövründə feysbuk paylaşımına görə "Qarabağ"ın sabiq mətbuat katibinin futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyub. Nurlan İbrahiomov bu qərardan CAS-a şikayət ünvanlayıb.