Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

3.07.2022 10:16 552
Aktual / Günün xəbəri
"Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsindəki işi davam edir.

"Football-plus.az" xəbər verir ki, iyulun 7-də qurum onun haqda yekun qərar çıxartmalıdı. Lakin İAM-ın bunu növbəti dəfə təxirə salacağı gözlənilir. Bunu saytımıza açıqlamasında Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev deyib:

"Qərarın iyulun 7-də verilməsi gözlənilir. Açığı, mən prosesə yekun vurulacağına inanmıram. Çünki belə məsələlərdə 1 həftə öncədən nəsə olur. Lakin hazırda həftə sonudu. Sonra da vaxt az qalır. Bundan sonra İAM-a məktub göndərəcəm. Çünki proses çox uzanır. Bu məsələ də Nurlana ziyan vurur. Gözləyək, görək, nə, necə olur".


İLKİN SULTANLI